Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Alibaba topdansatış ticarət meydançası açıb

Alibaba topdansatış ticarət meydançası açıb

98
Paylaş

Şirkət ABŞ-dan olan kiçik və orta biznesə təxminən 24 trilyon dollar həcmində b2b-ticarət bazarı açmağı vəd edir.

Çinin Alibaba şirkəti ABŞ-dan olan istehsalçı və distribütorlar üçün topdansatış ticarət internet-meydançası açıb. Bu barədə Alizila korporativ xəbər saytnda bildirilib.

Əvvəllər amerikanın kiçik və orta biznesi məhsulları yalnız platformada ala bilirdi.  İndi isə Alibaba şirkəti onlara satış üçün dünya üzrə elektron b2b-ticarət bazarına çıxmağa şərait yaradıb.

Alibaba-da məhsul yerləşdirmək üçün amerikan şirkətləri 2000 dollar həcmində üzvlük haqqı ödəməlidirlər. Bundan başqa Reuters xəbər verir ki, reklam və marketinq xərclərini də ödəməli olacaqlar.

Bloomberg bildirib ki, ilk şirkətlərdən biri Amerikanın meyvə və tərəvəz təchizatçısı şirkəti Robinson Fresh  və ofis ləvazimatları riteyleri Office Depot olacaq.