Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Alibaba” investorlardan məlumatları gizlətdiyinə görə $250 mln. cərimə ödəyəcək

“Alibaba” investorlardan məlumatları gizlətdiyinə görə $250 mln. cərimə ödəyəcək

103
Paylaş

“Alibaba Group Holding Ltd” şirkəti, sərmayəçilərin 2014-ci ildəki iddiasını həll etməyə hazır olduğunu bildirib.

Şirkət bu məlumatı 29 aprel bazar ertəsi günü ABŞ-ın qiymətli kağızlar və birja Komissiyasına təqdim etdiyi açıqlamada bildirib. Qeyd edildiyi kimi, “Alibaba” ilə iddiaçılar 26 aprel tarixində razılığa gəlmişlər.

Xatırladaq ki, kollektiv iddia məhkəməyə Dövlət Ticarət və Sənaye İdarəsinin (SAIC) məsələnin müzakirəsinə dair məruzəni dərc etdikdən sonra, 2015-ci ildə təqdim edilmişdir. İddia “Alibaba” ya məxsus olan elektron platformalar vasitəsilə saxta malların satışı probleminə aid olub.

“Alibaba” qiymətli kağızlarla fırıldaqçılıqda ittiham olunmuşdur. Belə ki, şirkət bu məsələni daha əvvəl Çin tənzimləyiciləri ilə müzakirə edərək, bu barədə sərmayəçilərə heç bir məlumat verməyib. Hadisə 2014-cü ilin sentyabr ayında, şirkətin IPO keçirməzdən əvvəl baş vermişdir.