“Alibaba” hipermarketlər şəbəkəsini alır

1
942

Çinin “Alibaba” online platforması ölkədə 400 hipermarketə sahib olan “Sun Art Retail” qrupunun 36% səhmlərini satın alır.

lent.az-ın “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, sövdələşmənin miqdarı 2,9 milyard dollar təşkil edəcək.

“Sun Art Retail” Çin ərazisində “Auchan” və “RT-Mart” ticarət markaları ilə təmsil olunur. Razılaşma “Auchan”ın qrupda payının 36%-ə qədər artırılmasını nəzərdə tutur.

“Bu ittifaq “Alibaba”nın pərakəndə ticarətin inkişafına yeni baxışını əks etdirir. Bu baxış ondan ibarətdir ki, yeni texnologiyalar və internet-yanaşmalar arasında dəqiq balansa nail olunsun”, – deyə şirkətlərin birgə açıqlamasında bildirilir.

1 COMMENT