Ele.me, çin ərzaq çatdırma servisi, Alibabadan $1 milyard investisiya almağa hazırlaşır. Alibaba Çinin ən böyük elektron ticarət kompaniyasıdır, Ant Financial isə onun maliyyə qoludur.
Bloomberg məlumat verir ki, bol əhalisi olan bazarda fəaliyyət göstərən Ele.me bu sövdədən sonra, təxminən $5.5 -$6 milyard dollar arasında dəyərləndiriləcək. Bu maliyyə yatırımı servisə, Alibabanın rəqibi Tencent Holdings tərəfindən dəsətəklənən, Meituan Dianping adlı rəqibinə qarşı rəqabət aparmağa kömək edəcək. Mobil telefon vasitəsi ilə qida- ərzaq sifarişi və gözəllik xidmətləri sifarişi bazarı Çində öz çiçəklənmə dövrünü yaşayır. Bloomberg qeyd edir ki, bu tip xidmətlərin satışı 2017-ci ildə $1.1 trilyon dollar həddini üstələyə bilər.
Çinli nəhənglər diversifikasiya axtarır
Qida-ərzaq çatdırılması sektoru Çində, həm Alibaba, həmdə onun yerli rəqibi encent üçün çox cəlb edicidir, çünki o böyüməkdə olan bazar seqmentini təmsil edir. Alibaba hazırda Ele.me-də ən böyük pay sahibidir, daha kiçik hissəyə malik Tencent isə öz payını böyütməyə çalışır, Bloomberg qeyd edir. Alibaba həmçinin müştərilərə mobil telefonla spa xidmətləri və restoran rezervasiyası həyata keçirməyə imkan verən Koubei servisinə sahibdir.
Banco.az