Alibaba 6 ay ərzində 2 milyard $ mənfəət əldə edib

Date:

Paylaş:

İnternet kommersiya sahəsində Çinin nəhəng “Alibaba Group” şirkəti 2017-ci il iyunun 30-da yekunlaşan rübün hesabatını açıqlayıb.

Hesabat dövründə “Alibaba Group”un gəlirləri 7,403 milyard dollar təşkil edib ki, bu da 1 il əvvəlki göstəricidən 56 faiz çoxdur. Əsas fəaliyyət növü şirkətə 6,347 milyard dollar gəlir gətirib. Bu isə bir il əvvəlkindən 58 faiz çoxdur.

”Bulud” hesablamaları seqmentində gəlir 359 milyon dollar olub ki, bu da illik 96 faiz artım deməkdir. “Rəqəmsal daşıyıcılar və əyləncə” maddəsi üzrə gəlir 1 ildə 30 faiz artıb və pul ifadəsində 602 milyon dollar təşkil edib.

Şirkətin rüb ərzində əməliyyat gəlirləri 2,583 milyard dollar, xalis mənfəəti isə 2 070 milyard dollara bərabər olub.

Hesabatın tərtibatçıları “Taobao” və “Tmall” də daxil, “Alibaba Group” ticarət meydançasının aktiv alıcılarının sayını da hesablayıblar. 12 ay ərzində bu ticarət saytlarının aktiv alıcılarının sayı 466 milyon nəfər qiymətləndirilir. Bir il ərzində bu göstərici 12 milyon nəfər artıb. “Alibaba Group”un ödənişli “bulud” sistemləri istifadəçilərinin sayı bir il ərzində 0,874 milyondan 1,011 milyon nəfərə qədər artıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...