Onlayn alış-veriş nəhəngi Amazon-un Çinli rəqibi Alibaba, gələcək üç ildə, yeni texnologiyalara uyğunluğu artırmaq üçün qlobal tədqiqat və inkişaf proqramına 15 milyard dollardan artıq sərmayə qoyacağını bildirib.
“Marja” xəbər verir ki, bu məbləğ, şirkətin 2014- 31 Mart 2017 dövründə tədqiqat və inkişaf proqramlarına etdiyi investisiyadan iki dəfə çoxdur.
Qısa adı DAMO olan (Academy for Discovery, Adventure, Momentum and Outlook) proqram çərçivəsində Çinin Pekin və Hangzhou, ABŞ-ın San Mateo və Bellevue şəhərlərində, Rusiyanın paytaxtı Moskvada, İsrailin paytaxtı Təl-Əviv və Sinqapurda yeddi tədqiqat laboratoriyası qurulacaq və 100 nəfər çalışacaq.
Laboratoriyalarda məlumat kəşfiyyatı, əşyaların interneti, maliyyə texnologiyaları, kvant kompüter proqramı, insan-maşın əlaqəsi, kompüterli öyrənmə və təbii dil inkişaf etdirmək kimi məsələlər araşdırılacaq.
Proqram müddətində Kaliforniya və Berkli kimi universitetlərlə əməkdaşlıq edilməsi planlaşdırılır. Proqram 20 il içərisində 100 milyon məşğulluq yaradılacaq.
Alibaba-dan verilən açıqlamada “Proqram, yeni nəsil texnologiyaların inkişaf etdirilməsini təmin edərək, Alibaba-nın böyüməsinə kömək edəcək”, – bildirib.
Goldman Sachs-ın yaydığı hesabata görə, Çin, başda süni zəka (robot) olmaq üzrə bir çox qabaqcıl texnologiyaya investisiya qoyuluşlarını artıracaq. Ölkənin digər texnologiya şirkətləri Baidu və Tencent də daha əvvəl araşdırma, inkişaf etdirmə laboratoriyalarını yaradacağını açıqlamışdı.