ABŞ-da elit tədris ocaqları ilə bağlı rüşvət qalmaqalı böyüyür. Belə ki, uşaqlarının qəbulu müqabilində valideynləri prestijli ali məktəblərə külli miqdarda rüşvət verib.Rüşvət verən valideynlər arasında Hollivud aktrisaları Lori Laflin və Felisiti Xaffmanın da adları keçir.
Məlumdur ki, Federal Təhqiqat Bürosu (FTB) bu sxemin 50-yə yaxın iştirakçısını aşkar edib. “Edge College & Career Network”-un sahibi Uilyam Rik Singerə valideynlər 2011-dən 2019-cu ilə kimi ümumi 25 milyon dollar veriblər.
Aşağıda isə biz gündəmdə olan qalmaqalın fonunda ümumiyyətlə ali təhsili olmayan 10 uğur qazanmış insan haqda danışacağıq.
Leonardo Del Vekkio
Bugün Leonardo Del Vekkionun başçılıq etdiyi “Lüksotika” firması qoruyucu optik linza və eynəklər üçün çərçivə və aksessuar buraxan bütöv bir biznes imperiyasıdır. Şirkətin aktivlərində ABŞ, Çin, İtaliya və Rusiyada yerləşən çoxlu müəssisə var.
Leonardonun rəhbərlik etdiyi firma illik dövriyədə 6 milyard dollar gəlir gətirir. Şirkət yalnız onun enerjisi, işgüzar xüsusiyyəti və şəxsi vəcdi sayəsində böyümüş və inkişaf etmişdir.
Leonardo Del Vekkio 1935-ci ildə Milanda doğulub. O, yeddi yaşında olan zaman anasının beş uşağı saxlamağa imkanı olmadığı üçün sığınacaqa verilir.
Öz əmək fəaliyyətinə avtomobil ehtiyyat hissələrini buraxan fabrikdə mexanik şagirdi olaraq başlayıb.
Mikele Ferrero
İtaliyalı biznesmen Mikele Ferrero şokolad və digər qənnadı məlumatlarını istehsal edən “Ferrero” şirkətinin rəhbəridir. “Forbes” jurnalına görə, 17 milyard dollar dəyərində var-dövlət sahibi Ferrero İtaliyanın ən zəngin insanı idi.
“Ferrero” şirkətinə “Nutella”, “Mon Chéri”, “Ferrero Rocher”, “Raffaello” və “Tic Tac” kimi brendlər aiddir.
“Ferrero” şirkəti Mikelenin atası Pyetro Ferrero tərəfindən təsis edilib. 1957-ci ildə şirkət Mikelenin rəhbərliyinə keçdiyində, artıq ən uğurlu italyan şirkətlərindən biri idi.
Mikele Ferreronun başçılığı altında şirkət tərəfindən “Nutella” (1964-cü ildən) və “Kinder Şokolad” (1968-ci ildən) kimi brendlər yaradıldı və möhkəmləndi.
Li Şauki
Çinli biznesmen Li Şauki “Henderson Land Development Company Limited” şirkətinin təsisçisi, sədri və maliyyə direktorudur.
“Henderson Land Development Co. Ltd.” “Hang Seng Index” şirkətinin mülkiyyəti və tərkib hissəsidir.
Bu korporasiya daşınmaz əmlak sövdələşmələri sahəsində həcminə görə üçüncüdür. Şirkətin ixtisaslaşmasına mehmanxana, univermaq və bir çox infrastrukturlara investisiya yatırımı, nəzarəti və tikintisi daxildir.
Li Şauki “Miramar” otel şəbəkəsinin sahibidir.
Anna Vintur
Anna Vintur britaniyalı jurnalist və 1988-ci ildən “Vogue” jurnalının baş redaktorudur. Vintur həmçinin Britaniya imperiyasının Xanım-komandor ordeni (DBE) ilə təltif olunub. Müasir dəb dünyasının ən nüfuzlu fiqurlarından biri hesab olunur.
Anna “Evening Standard” ingilis tabloidinin baş redaktoru Çarlz Vinturun böyük qızıdır. Hələ yeniyetmə ikən, o, dəb jurnalistikası ilə maraqlanırdı.
On beş yaşında Vintur atasına qəzeti gənclər üçün necə cəlb edəcəyi ilə bağlı konsultasiya verirdi. Anna dəb icmalçısı karyerasına 6 il çalışdığı və icmalçıdan redaktor müavininə kimi yol qət etdiyi Britaniyanın “Harpers &
Queen” jurnalında start verib.
Daha sonra Anna ABŞ-a köçür. Orada o, “Harper’s Bazaar”, “Viva”, “Savvy”, “New York” jurnallarında çalışırdı.
1988-ci ildə ABŞ-ın “Vogue” jurnalına geri dönür və onun rəhbəri olur. Vintur həmin dövrə görə unikal parlaq üzlüklü mətbu nümunəsi yaradaraq jurnalın görkəmini tamam dəyişdi.
Onun fəaliyyəti dəb industriyasında geniş müzakirəyə səbəb olur və bir çox skandalların yaranmasına gətirib çıxarırdı.
Li Ka-Şin
Honkonqlu sahibkar və filantrop Li Ka-Şin Asiyanın ən nüfuzlu biznesmenlərindən biridir.
Hal-hazırda kapitalizasiyasının Honkonq fond birjasının 15%-ə yaxın hissəsini təşkil edən “Cheung Kong Group” və “Hutchison Whampoa” şirkətlərinin idarə heyətinin sədridir.
Bundan əlavə, Li Ka-Şinin strukturları Honkonqda, demək olar, hər 7-ci mənzili tikiblər. Onlar Honkonq limanında yük dövriyyəsinin 70%-nə nəzarət edir və pərakəndə satış, mobil rabitə və elektroenergetika bazarında çox əhəmiyyətli paya sahibdirlər.
Li Ka-Şinin şirkətlərində dünyanın 54 ölkəsində çalışan 270 min nəfərə yaxın işçi var.
İnqvar Kamprad
İsveçli sahibkar İnqvar Kamprad ev mallarının satışını icra edən mağazalar şəbəkəsi, yəni “IKEA” şirkətinin təsisçisidir. Dünyanın ən varlı insanlarından bir idi.
İnqvar bizneslə məşğul olmağa hələ uşaq ikən qonşulara kibrit sataraq başlayıb. O, Stokqolmda kibritin iri partiyasını ucuz qiymətə əldə edə biləcəyini, sonra isə onları aşağı qiymətə pərakəndə satıb yaxşı gəlir götürəcəyini aşkar etdi.
Daha sonra o, balığ, milad bəzəkləri, tum, diyircəkli və sadə qələm satışı ilə məşğul olub.
İnqvar gələcəkdə “IKEA” olacaq müəssisəsini 17 yaşı olarkən atasından hədiyyə aldığı pullara qurdu.
Yeri gəlmişkən, KİV-in İnqmarın 17 yaşı olduğu vaxt İsveç nasist partiyasının qeydiyyatdan keçmiş üzvü olduğunu və partiya cərgəsinə yeni üzvləri cəlb etdiyi haqda yazdığından sonra İnqvar Kamprad təxminən 100 milyon avro xeyriyyəçiliyə ayıracağını söz vermişdi.
Lilian Bettankur
Keçmişdə kübar dairələrin kraliçası kimi tanınan Lilian Bettankur fransız əsilli sahibkar və mesenatdır.
O, atasının 1909-cu ildə təsis etdiyi “L’Oréal” şirkətinə şərik idi.
44,6 milyard dollarlıq var-dövlətilə dünyanın ən zəngin qadınlarından biri idi.
Bettankur 2017-ci ilin sentyabr ayında vəfat etdi.
Karl Albrext
Milyarder Karl Albrext Almaniyanın ən varlı adamıdır. Onun atası şaxtacı idi, anasının isə “Aldi” mağazalarının başlanğıc dövrü olacağı şəxsi ərzaq dükanı var idi.
1946-cı ildə Karl və onun kiçik qardaşı öz ideya və innovasiyalarını tətbiq edərək ailə bizneslərini inkişaf etdirməyə başladılar.
Ümumi dörd il ərzində onlar 13 yeni mağaza aça bildilər. 1960-cı ilin sonuna doğru isə bu rəqəm on dəfə atrdı: qardaşlar bütün Almaniya üzrə 350 mağazaya sahib oldular, milli bazarda isə şirkətin payı artıq 47% təşkil edirdi.
Bugün “Aldi” mağazallarına ABŞ, Avstraliya, Yeni Zelandiya və planetin ən uzaq guşələrində rast gəlmək mümkündür.
Kristi Uolton
Kristi Uolton “Walmart” imperiyasının varisidir. Onun həyat yoldaşı Con Uolton “Walmart”-ın təsis etdiyi Sem Uoltonun oğlu idi.
Con Kristiyə həmin dövrdə mülkiyyətinin təxminən 18,2 milyard dollar dəyərində olan payını miras qoymuşdu. Yerdə qalan hissəni o, xeyriyyəçiliyə ayırmaq və ilk nigahından olan oğluna verməyi qərar aldı.
Pulların qeydinə isə Kristi olduqca yaxşı qaldı: bugün onun var-dövləti, fərqli dəyərləndirmələrə görə, təxminən 40-42 milyon dollar təşkil edir.
Kristi “Walmart”-ın səhmlərinin 9%-nə sahibdir, mərhum ərinin qardaşı Cim Uoltonun idarə etdiyi “Arvest Bank Group, Inc” bank qrupunun üzvüdür. Həmçinin Kristi “günəş” biznesindən də stabil gəlir əldə edir. Onun bir vaxtlar
ABŞ-da ilk günəş batareyası hazırlayan, hazırda isə nazik örtüklü fotoelektrik (PV) modul və günəş panelləri istehsal edən şirkəti var.
Amansio Orteqa
Sahibkar Amansio Orteqa “Inditex” şirkətinin təsisçisi və eks-prezidentidir. Şirkətə dünyanın 88 ölkədəki 6750 mağaza məxsusdur.
Bundan əlavə, Orteqa Florida, Madrid, London və Lissabonda daşınmaz əmlaka, əlavə olaraq sənaye, turizm və bank sahəsinə investisiya ayırıb.
Orteqa futbol liqasındakı paya və at yarışması meydançalarına sahibdir. Amansio dəmir yolu işçisinin ailəsində dünyaya gəlib, anası varlı alman maliyyəçi ailəsində xidmətçi çalışıb.
Ailənin yoxsulluğuna görə Amansio orta məktəbi heç bitirə bilməyib və 13 yaşından köynək mağazasında kuryer kimi çalışmağa başlayıb./insider.az