Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər AİŞ-in investisiya obyektini qiymətləndirəcək şirkət məlum olub

AİŞ-in investisiya obyektini qiymətləndirəcək şirkət məlum olub

198
Paylaş

“Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AİŞ) investisiya obyektinin aktivlərinin bazar qiymətinin müəyyənləşdirilməsi üzrə qiymətləndirmə xidmətinin satınalınması ilə bağlı elan etdiyi tenderin nəticəsi məlum olub.

“Bizplus.az”ın əldə etdiyi məlumata görə, “Baker Tilly Audit Azərbaycan” MMC sözügedən tenderin qalibi olub.

Bu ilin yanvarın 23-də qalib şirkətlə dəyəri 17 464 manat olan satınalma müqaviləsi imzalanıb.