Əsas səhifə Məqalələr Maraqlı AirPods qulaqlıqlarının “Uber” qədər gəlir qazanmasının səbəbi nədir?

AirPods qulaqlıqlarının “Uber” qədər gəlir qazanmasının səbəbi nədir?

58

Analitik Kevin Rooke-nin hesablamasına görə, 2016-cı ildə çıxan AirPods-lar Adobe, Nvidia-dan çox, “Uber”dən bir qədər az qazanırlar. Gəlirlilikdən danışmayacağıq. “Uber” zərər görməkdə davam edəcək, qulaqlıqlar isə layiqli pullarını qazanacaqlar (“Apple”ın gross-marjası 30-50%-dir).

Onlar bu qulaqlıqlardan təxminən 100 milyon ədəd satıblar. iPhone-un 900 milyon quraşdırma bazası var, deməli, onlar hələ bir neçə dəfə arta bilərlər. Bu hələ ki hanısısa başqa qabaqcıl məhsul (məsələn, əlavə reallıq eynəyi) icad olunana kimi bir neçə ilə bəs edər.

12 mlrd. dollar gəlirli bir stand alone şirkət təsəvvür edin, o, ilbəil belə marja ilə 125%+ artır. Hal-hazırda belə bir şirkətin  qiyməti nə qədər ola bilərdi? 30-50 mlrd. dollarmı?

Bu “Apple” məhsulunun uğur reseptinin səbəbinə nəzər yetirmək maraqlıdır:

1.Time to market (doğru vaxt). Apple simsiz qulaqlıqlar təqdim edən ilk şirkət deyil, amma onlar qulaqlıqların ən yaxşısını hazırlayıblar. Dizayn, yetərli batareya, qulaqda yaxşı otururlar və insanların əksəriyyəti onlardan istifadə edirlər. Apple çıxana qədər məndə Android olub və mən Samsung qulaqlıqları almışam. İdeya eyni, execution isə elə idi ki, ondan istifadə etmək mümkün deyldi (baxmayaraq ki, mən əsl Samsung fanatıyam). Apple qulaqlıqlarını yoxlayanda (Android-də ola-ola) dərhal bilindi ki,  bu, Jobs-un işdən ayrıldığından bəri əldə olunan ən yaxşı məhsuldur.

2.“Apple”ın adı keçən istənilən bir məhsulu almağa hazır olan sadiq şirkət müştərilərinin sayının çox olması.

3. Tanış dizayn. Qulaqlıqlar lap əvvəldə hətta simlə birlikdə heç nəyə oxşamırdılar (hamı qarasını hazırladığı bir vaxtda onlar ən azı ağ idilər). Hətta Jobs da bunu qeyd edib. O küçədə qulaqlarında ağ qulaqlıqlar olan çoxlu insan kütləsini görəndə başa düşüb ki, inqilab baş verib. Simsiz olanlar bu ənənəni davam etdiriblər və qulaqlarda simsiz qulaqlıq görən kimi dərhal başa düşürsən ki, bu “Apple”dır. Nə qədər çox onlara rast gəlinirsə, early majority (əksəriyyət) də seçimin təhlükəsiliyinə bir o qədər çox əmin olur və ilklərin uğurlu təcrübəsinə söykənərək onlardan alır.

4.Məhz onların məhsulunu almağa stimul verən ekosistem. Bəli, amma bu faktor bir o qədər də obyektiv şəkildə güclü görünmür. İstənilən simsiz qulaqlıq iPhone-la işləyir. İkinci simsiz qulaqlıqlarım Bose quiet comfort-dur və onlar bir ədədi ilə də yaxşı işləyirlər, məncə qalanları da belədir. Onlarla mən təyyarədə uça bilirəm, ofisdə işləyirəm. Amma yeni AirPods 2 görünür ki, mənim üçün böyük Bose-ni əvəz edəcək.

5.Qiymət. Ehtimal ki, bu “Apple”ın ən ucuz məhsuludur (əgər iPhone örtüklərini, saat kəmərlərini və hər hansısa iPad karandaşını nəzərə almasaq). Amma yenə də onlar Xiaomi-dən olanlardan üç dəfə daha ucuzdurlar. Amma istifadəçilərinin əksəriyyəti üçün material fərq yoxdur. 15 min manatla 5000 manat arasında cəmi 10 min fərq var, bu da 150 dollardır. ABŞ-da əsas bazarda bu o qədər də çox deyil.

6.Telefonda jack-girişdən imtina etmək? Düşünmürəm ki, bu əsas faktordur. Simsiz qulaqlıqları yoxlayandan sonra artıq adilərinə qayıtmaq istəmirsən və fərq etmir səndə “jack” (yuva giriş) var yoxsa yox.

Nəticədə tam resept belədir: yaxşı məhsula, sadiq fanatları olan güclü brendə vurulan doğru vaxt (time to market), nəzərəçarpan orijinal dizayn və düzgün qiymət siyasəti.

Ardını kim təkrarlayacaq?