Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Airbus” uçan, pilotsuz “Vahana” taksisini təqdim edib

“Airbus” uçan, pilotsuz “Vahana” taksisini təqdim edib

197
Paylaş

Avropanın “Airbus” aviotikinti konserninin A3 amerikan bölməsi, “Alpha Two”-nun şəkillərini dərc edib. Bu, interyer dizaynı işlənməsi ilə məşğul olan ikinci genişmiqyaslı “Vahana” aerotaksi nümayişçisidir.

Bu barədə bloqun layihəsində xəbər verilir.

“Airbus”-un açıqlamasına görə, “Vahana” bir nəfərlik pilotsuz elektrik təyyarədir və o, vertikal şəkildə uça və eniş edə bilir. Eniş meydançası kimi evlərin damından istfadə olunur və bura da “vertiport” adlanır.