Qısamüddətli icarə xidməti Airbnb koronavirus səbəbindən tələbin sürətlə azalmasına görə öz biznesinin dəyərini 16% azaltmalı olub – 26 mlrd. dollar.
Bu barədə şirkətin bildirişinə istinadən Financial Times xəbər verir.
Son dəfə Airbnb 2017-ci il raundunda 31 mlrd. dollar dəyərləndirilmişdi. Analitiklər 2019-cu ilin sonuna 40 mlrd. dollara olacağa barədə proqnoz vermiş olsalar da məlum pandemiya səbəbindən xidmətin planları alt-üst olub.
Qeyd edək ki, Airbnb biznesini iflasdan qorumaq üçün bir sıra islahatlara əl atıb – köhnə və yeni investorlardan əlavə maliyyə cəlb olunması üçün danışıqlar, işlədiyi banklardan kredit xəttini 1 mlrd. dollar artırmaları istəyi. Şirkət həmçinin, 800 mln. dollar qənaət etmək üçün bütün marketinq kampaniyalarını da təxirə salıb.