Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Airbnb” xidmətinin biznesinin dəyəri 26 mlrd. dollara düşüb

“Airbnb” xidmətinin biznesinin dəyəri 26 mlrd. dollara düşüb

12
Paylaş

Qısamüddətli icarə xidməti Airbnb koronavirus səbəbindən tələbin sürətlə azalmasına görə öz biznesinin dəyərini 16% azaltmalı olub – 26 mlrd. dollar.

 Bu barədə şirkətin bildirişinə istinadən Financial Times xəbər verir.

Son dəfə Airbnb 2017-ci il raundunda 31 mlrd. dollar dəyərləndirilmişdi. Analitiklər 2019-cu ilin sonuna 40 mlrd. dollara olacağa barədə proqnoz vermiş olsalar da məlum pandemiya səbəbindən xidmətin planları alt-üst olub.

Qeyd edək ki, Airbnb biznesini iflasdan qorumaq üçün bir sıra islahatlara əl atıb – köhnə və yeni investorlardan əlavə maliyyə cəlb olunması üçün danışıqlar, işlədiyi banklardan kredit xəttini 1 mlrd. dollar artırmaları istəyi. Şirkət həmçinin, 800 mln. dollar qənaət etmək üçün bütün marketinq kampaniyalarını da təxirə salıb.