“Airbnb” kinostudiya və striminq xidməti yaratmağı planlaşdırır

Date:

Paylaş:

Mənzil kirayəsi üzrə startap olan “Airbnb İnc”, auditoriyanı çox səyahət etməyə sövq etmək üçün şəxsi orijinal şoular yaratmaq niyyətindədir. Bu barədə, məsələdən xəbərdar olan dörd nəfərin sözlərinə istinadən Reuters açıqlama verib.

“Airbnb” xidməti səyahətə aid şou və filmlərin istehsalını planlaşdırır və nəticədə onlar şirkətin şəxsi striminq platformasında yerləşdiriləcəklər. Mənbələrdən verilən məlumata görə, bu ideya “Airbnb”-nin icraçı direktoru və həmtəsisçisi Brian Chesky-a məxsusdur.

O səyahətə aid filmlər buraxmaq üçün kinostudiya yaratmağı planlayır. Bu həm də “Booking.com”, “Expedia” və başqa rəqiblər arasında seçilməyə kömək edəcək. Bu konkurentlərin meydanında mənzil kirayəsi, ən geniş yayılmış olanlardandır.

Şirkət artıq “Ev” sənədli serialının bir seriyasını “Apple” üçün çəkib. Serial dünyanın dörd bir yerində evlərdən və onların sahibkarlarından bəhs edir. 29 apreldə Nyu-Yorkda “Airbnb”-nin “Gay Chorus Deep South” sənədli filminin premyerası olub. Filmdə “Uzaq cənub” səyahətinə çıxan cinsi azlıqlar xorunun San-Fransisko gəzintisindən bəhs olunur.

2020-ci ildə şirkət ilk səhm qoyuluşuna çıxacaq, istehsal inkişafı və videokontinent bölgüsü onun nəticələrinə güclü təsir də bilər. Hal-hazırda şirkət 31 milyard dollar qiymətləndirilib, onun istifadəçi auditoriyası isə 500 milyon nəfərdir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...