Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Airbnb ilə rəqabət aparan Sonder strartapı 1 milyard kapitalizasiyanı keçib

Airbnb ilə rəqabət aparan Sonder strartapı 1 milyard kapitalizasiyanı keçib

38

Sonder startapı qısamüddətli mənzil icarəsi xidmətinə sahibdir. Nöbvəti səhmlər raundundan sonra onun qiymətləndirilməsi 1 milyard dolları keçib. Şirkətin qurucusu Hilton səviyyəsində brend nişanı yaratmağı hesaba alır.

Forbes yazır ki, Sonder şirkəti 210 milyon dollar maliyyələşmə cəlb etdiyni bildirib və əlavə 15 milyon dollar da cəlb etmək üçün “developer” şirktlərlə əməkdaşlığa hazırlaşır. Növbəti maliyyələşmə raundundan sonra Sonder 1.1 milyard dollar qiymətləndirilir. Sonder-in bu göstərcisi barədə Forbes jurnalı hələ keçən il məlumat vermişdi.

Sonder təkcə mənzil kirayəyə götürməyi təklif etmir, həm də qonaqların rahatlığı üçün çalışır. Şirkətin qurucusu Forbesə açıqlamasında bildirib ki, o, “yeni Hilton”yaratmaq istəyir və bununla qonaqların qəbulu sahəsində Sonderi brend-ikonaya çevirmək fikrindədir.

Sonder 3-5 illiyə icarəyə ərazi götürür, sonra isə özü onu müasirləşdirir. Onun ən əsas rəqiblərindən biri Lyric şirkətidir. Airbnb bu şirkətə investisiya ayırıb.

Airbnb-nin baş maliyyə direktoru Lorens Tosi, Sonderin rəhbəri Devidsonla Airbnb-nin rəhbəri Brayan arasında oxşarlıqlar gördüyünü bildirib – “ Onların hər ikisi öz bizneslərini qurmaqda inamlıdırlar”.

Devidson 2012-ci ildə öz kurs yoldaşlarının mənzillərini turistlərə kirəyə verməyə  başlayıb. 2014-cü ildə o, öz tərəfdaşı Lukas Pellan-la birlikdə ildə 1 milyon dollar qazanır. 2018-ci ildə onlar Forbes-in “30 under 30” reytinqinə daxil olurlar. Hal-hazırda Devidson Sonderin  ildə 200 milyon dollar qazanacağını gözləyir.

 

Rəy bildir

Please enter your comment!
Please enter your name here