Əsas səhifə Biznes sahələri Texnologiya Airbnb ezamiyyət üçün mənzil axtarışını asanlaşdırır

Airbnb ezamiyyət üçün mənzil axtarışını asanlaşdırır

95
Paylaş
Airbnb
Airbnb

Airbnb yeni filtr təqdim edib. Onun sayəsində ezamiyyətdə olarkən qalmaq üçün rahatlıqla mənzil tapmaq mümkün olacaq.

“İşgüzar səfər” filtri istifadəçi üçün ənənəvi otellər və istirahət evləri kimi uyğun gəlməyən bütün variantları darhal ləğv edir və digər iş adamlarının tövsiyyə etdiyi mənzillər görünməyə başlayır. Belə qalma yerləri yüksək keyfiyyət standartlarına cavab verir: butik-otellər və tüstü, həmçinin karbon qazı detektorları olan Airbnb Plus ultramüasir evləri.

Airbnb for Work proqramı 2014-cü ildə buraxılıb. Hal-hazırda onun 500 mindən çox müştərisi var.  Şirkət korporativ səfərlər üçün qalma yeri axtarmağa kömək edir və We Work müvəqqəti iş yeri icarəyə götürməyə imkan verir.

İyunun sonları Airbnb Airbnb Luxe xidmətini təqdim edib. Bu meydançada məşhurlar və milyarderlər öz daşınmaz əmlaklarını, həmçinin villa və şəxsi adalarını icarəyə verə bilərlər. Xidmətdə icarənin bir həftəlik qiyməti orta hesabla 14 min dollardır.