Airbnb-də qanunsuz olaraq mənzil icarəsi ilə məşğul olan iki sakin 2,25 milyon dollar məbləğində cərimə edib

Date:

Paylaş:

Onlar 14 mənzil və ev kirayə verərək 700 min dollar qazanıblar.

San-Fransisko məhkəməsi Airbnb-də  qansuz olaraq mənzil kirayə verən iki sakini 2,2 milyon dollar məbləğində cərimə edib. Banker.az TechCruncha-a istinadən xəbər verir.

Şəhərin sakinləri daha əvvəldə  2014-cü ildə Airbnb-ə qarşı çıxıblar: o zaman onlar xidmətin mənzillərin və otaqların yüksək qiymətinə səbəb olduğunu bildirmişdilər. Ellis Akt  qanunua əsasən ev sahibləri, məsələn, turistlərə və ya böyük şirkətlərin işçilərinə mənzilləri icarəyə vermək üçün əvvəlki icarəçiləri əngəlsiz evdən çıxarda bilərlər.

2015-ci ildə San-Fransisko hökuməti, Airbnb və oxşar xidmətlərin ev sahiblərinin qeydiyyatdan keçməsini və evlərin icarəyə verilməsinə dair icazə verməsini tələb edən bir qanun çıxardı. Airbnb layihəyə qarşı çıxdı və iddia açdı. 2017-ci ildə şəhər və xidmət, sahibkarlar üçün qeydiyyatı və yoxlama sistemini sadələşdirməyə razılaşdı.

San-Fransisko sakinləri  Darren və Valeri Lee, qanunsuz bir otel zənciri üçün 2.5 milyon dollar cərimə edildilər. 2014-cü ildə, onlar öz kiraçılarını Airbnb-də mənzilləri və evləri icarəyə vermək üçün çıxardılar. 2015-ci ildə məhkəmə onları cərimə etdi və öz əmlaklarını qısamüddətli icarəyə verməyə qadağan etdi.

Lee  bu qadağanı yalnız fəaliyyətinin ilk ilində 5 mindən çox dəfə pozub. Bu müddət ərzində  təxminən 900 min dollar qazanıblar, təxminən 700 min dollar sırf mənfəət.

İndi Lee şəhərə 2,5 milyon dollar ödəməlidir, məhkəmə onlara  öz evlərini və mənzillərini 2025-ci ilə qədər qısa müddətli icarəyə verməyi qadağan edib.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...