Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Airbnb” Beynəlxalq olimpiya komitəsi ilə 9 illik tərəfdaşlıq razılığı imzalayıb

“Airbnb” Beynəlxalq olimpiya komitəsi ilə 9 illik tərəfdaşlıq razılığı imzalayıb

71
Paylaş

“Airbnb” qısamüddətli mənzil kirayəsi xidməti Beynəlxalq Olimpiya Komitəsinin dünya üzrə tərəfdaşına çevrilib. Müqavilə 2028-ci ilə kimi imzalanıb. Bu barədə BOK-un  saytında xəbər verilir.

“Airbnb” tərəfdaş kimi doqquz il ərzində Tokio, Pekin, Paris, Milan və Los-Angeles oyunlarını dəstəkləyəcək. Müqavilənin məbləği açıqlanmır, lakin Financial Times mənbələrinin sözlərinə görə, o 500 mln. dollar ola bilər.

BOK qeyd edir ki, əməkdaşlıq təşkilatçılara mənzil xərclərini azaltmağa, əlavə infarstrukturada inşaat tələbatını minimuma endirməyə imkan verəcək. Bundan başqa, yerli əhali Olimpiya oyunları zamanı öz evlərini qonaqlara kirəyə verməklə qazanc əldə edə biləcəklər.

Qeyd edək ki, “Airbnb” razılığı, 2020-ci il IPO-suna hazırlıqlar çərçivəsində imzalayıb.