“Nike”ın törəməsi olan “Air Jordan” tarixində ilk dəfə olaraq rübü milyard dollarlıq satışlarla başa vurub.
Brend artıq təkcə basketbol krassovkaları istehsal etmir. Belə ki, o, qaçış, beysbol, futbol və hətta qolf kimi idman növləri üçün də müxtəlif çeşidli məhsullar təqdim edir. Bundan başqa gündəlik geyinmək üçün paltar və krassovkalar da buraxır. O da “Nike” kimi əsas diqqəti qadınlar üçün məhsulların istehsalına yönəldir.
“Nike”ın törəməsi olmasına baxmayaraq, bu brend bir özəllik yaratmağa cəhd göstərir. Onun öz dizayerləri, marketoloqları və korporativ strukturu var.
Qeyd edək ki, 1986-cı ildə satışları 100 mln. dollarlar təşkil edən “Jordan” brendi, 1997-ci ildə artıq o qədər çox məhşurluq qazanır ki, “Nike” onu ayrıca şirkət edir.
Amma bununla belə o, “Nike”la rəqabət aparmır, yəni onun inkişafına heç bir maneə törətmədən orqanik olaraq sadəcə onu tamamlayır.