Counterpoint Research açıqlama verib ki, 2019-cu ilin birinci rübündə ağıllı saatların ticarət həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 48% artıb.
Bu bazarda üstünlük Apple Watch saatı ilə “Apple”-a məxsusdur. Onların bu bazardan payı 35,8%-dir. 2018-ci ilin birinci rübündə onların bazar payı 35,5% olub. Apple Watch-un bazar həcmi bir ilə 49%-ə çatıb və bu da əsasən Series 4 modelinin sayəsində olub. Onun ən tələbatlı funksiyası kimi elektrokardioqarmma etməsi göstərilir, lakin bu funksiya hələk ki, ölkənin məhdud ərazilərində keçərlidir.
İkinci yerdə “Samsung” şirkətinin saatları gəlir və onlara bazardan 11,1% pay düşür. Bir il əvvəl bu göstərici 7,2% olub.Bir il ərzində “Samsung” Galaxy Watch saatlarının məşhurluğu sayəsində həcmi məlum 127%-ə qədər artıra bilib.
Üçüncü,dördüncü və beşinci yerləri müvafiq olaraq “Imoo”, “Fitbit” və “Xiaomi Amazfit” tutur. Top beşlikdən kənarda qalansa “Huawei” şirkəti olub. Onun bazar payı 2,8% olub. Bununla belə o, ağıllı saatlar bazarının aktiv iştirakçısıdır. Birinci rübdə onun payına ağıllı saatlar dünya bazarından 0,5% düşüb.