“Ağıllı” saatlar bazarı 7,9 milyard dollar təşkil edəcək

Date:

Paylaş:

“CCS Insight” şirkətinin analitikləri bildirirlər ki, gələn il dünyada 60 milyon ədəd “ağıllı” saat və 44 milyon ədəd fəallıq trekerinin satışı həyata keçiriləcək.

Məhz növbəti ildə “ağıllı” saatların satışı müxtəlif qolbaq və digər buna bənzər əşyaların satışını üstələməlidir.

“Ağıllı” saatlar bazarının lideri yenə “Apple” olaraq qalacaq. Cari ildə bu kateqoriyada satışların yarıdan çoxu “Apple Watch”un payına düşəcək. Pul nisbətində “ağıllı” saatlar bazarı 7,9 milyard dollar təşkil edəcək. Bu sahənin lider bazarı isə Çin olacaq.

Əməliyyat sistemlərinin bölgüsünə gəldikdə isə, gələn ilin nəticələrinə əsasən “Android Wear” ötənilki 14%-lə müqayisədə bazarda 21% paya malik olacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...