Ağıllı səsgücləndiricilər bazarı sürətlə böyüyür

Date:

Paylaş:

Bu ilin yarım ili ərzində intellektual səsli köməkçilərlə təchiz olunmuş akustik sistemlərin dünya üzrə satışı 4,2 milyon ədəd təşkil edib. 

Bu, ötən ilin dövrü ilə müqayisədə 843 faiz çoxdur.

“Futuresource Consulting” şirkətinin analitikləri qeyd edib ki, ötən rüb “Apple HomePod” və ya “Amazon Echo” kimi “ağıllı” əs gücləndiricisinin satışı artıb.

İT nəhəngi “Amazon” şirkəti dünyada ən iri smart səsgücləndiricisi istehsalçısı hesab edilir. Bu ilin ilk altı ayı ərzində şirkət istehsal etdiyi ümumi məhsulun 90 faizinin satışını həyata keçirə bilib. Son zamanlar rəqabətin artımı müşahidə olunur. Çünki innovativ cihazların tərtibatı ilə “Microsoft”, “Google”, “Apple” şirkətləri kimi ciddi oyunçular da istifadə edirlər.

ABŞ və Böyük Britaniyada intellektual səsli köməkçilərlə təchiz olunmuş dinamiklərə daha böyük tələbat qeydə alınıb. Burada ailələrin 3 faizi “ağıllı” cihazlardan istifadə edirlər. Ancaq artıq Cənubi Koreya, Almaniya və bir sıra ölkələrdə daha çox insan bu cür texnika ilə maraqlanırlar.

Analitiklər müəyyən ediblər ki, bu ilin yanvarından iyun ayına qədər, ümumiyyətlə, bu cihazların satışı 4,2 milyon ədəd olub. Mütəxəssislər bildirirlər ki, gələcəkdə intellektual səsgücləndiricilərinə tələbat ancaq artacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...