Ağıllı insanların ortaq özəllikləri

Date:

Paylaş:

“Axmaqlıq edən axmaqdır.” Forrest Gump’ın bu möhtəşəm ironiyası sadə amma yerində deyilmiş ifadədir.

Bir başqa sözlə axmaq şeylər edirsinizsə nə qədər ağıllı olduğunuzun heç bir əhəmiyyəti yoxdur.

Ağıllı insanların 9 ortaq vərdişləri isə belədir:

1 – Ağıllı qərarlar verirlər

Ağıllı insanlar etdikləri hərəkətlərinin nəticələrinin nə olacağını bilirlər. Eyni zamanda uğurlu nəticələr almaq üçün bir qərarı birinci dəfədən vermək məcburiyyətində olduqlarını da bilirlər. Davamlı olaraq yaxşı qərarlar vermək üçün intizamlı olmaq lazımdır.

2 – Səhvlərdən dərs çıxarırlar

İlk addımımızdan son adımımıza qədər etdiyimiz səhvlərimizlə həyatdan bir şeylər öyrənirik. Hamımız səhvlər edirik çünki bu şəkildə öyrənirik. Ağıllı insanlar öz səhvlərindən əlavə digərlərinin səhvlərindən də bir şeylər öyrənirlər.

3 – Bütün cavabları bilmirlər

Ağıllı insanlar çox bilmiş kimi davranıb davamlı olaraq gerçəyi gizlətməyə çalışmırlar. Nəyi bilmədiklərini biləcək qədər ağıllıdırlar.

4 – Ətrafları ağıllı insanlarla əhatəlidir

Heç kim tək başına nələrisə bacara bilməz. Fərd olaraq ağıllı ola bilərsiniz ancaq qrup şəklində daha böyük işlər bacara bilərsiniz. Stiv Cobs iş həyatına başlayanda qrupundakı səkkiz və ya doqquz adamın çox qabiliyyətli olduğundan əmin idi.

5 – Məsuliyyətlidirlər

Ağıllı insanlar etdikləri hər bir işdə məsuliyyətli olmağa üstünlük verirlər. Ətrafında olan məsuliyyətsiz insanlardan uzaq durmağa çalışırlar.

6 – Məntiqlə hərəkət edirlər

Ağıllı insanlar həvəslərinin ardınca getsələr də hər zaman məntiqlə hərəkət edirlər. Tənqidi düşüncə, məntiqi nəticə, elmi üsullar olmasaydı biz hələ də qaranlıq çağlarda yaşayardıq.

7 – İmkanlarının kənarında yaşamazlar

Ağıllı insanlar ayaqlarını yorğanlarına görə uzatmağı və pullarını idarə etməyi bacarırlar.

8 – Özlərinin ən pis düşmənidirlər

Hər vəziyyətdən özlərinə bir nəticə çıxarırlar və davamlı olaraq özlərini tənqid edirlər. Bu ağıllı insanlaırn inkişafı üçün çox vacibdir.

9 – Təşəbbüskar olaraq hər zaman müvəffəqiyyətli ola bilməyəcəklərini bilirlər

İş həyatında uğurlu olmaq üçün zəka önəmlidir amma tək başına yetmir. Bundan əlavə cəsarət və mübarizə də lazımdır. Ona görə də ağıllı insanlar hər hansı biznesdə uğursuz olduqda bununla barışmağı və yenidən cəhd etməyi bacarırlar.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...