Ağıllı gödəkçə hazırlanıb

Date:

Paylaş:

“Levi Strauss & Co” və “Google” şirkətlərinin “Jacquard” layihəsi çərçivəsində birgə hazırladığı qeyri-adi cins gödəkçə smartfonun funksiyalarını idarə etməyə imkan verir. “Ağıllı” gödəkçənin qollarına elektrik keçiriciliyinə malik simlərdən hazırlanmış sensorlar quraşdırılıb.

Toxunaraq hiss etmək üçün xüsusi olaraq ayrılmış sensorlar idarə edən çipə toxunuşlar haqqında məlumat ötürür. Beləliklə, istifadəçi smartfonun bəzi funksiyalarını idarə etmək üçün gödəkçənin qolundan istifadə edə bilir. Məsələn, onun köməyilə naviqatoru, pleyeri idarə etmək və ya zənglərə cavab vermək mümkündür.

İstehsalçıların sözlərinə görə, gödəkçənin parçası xüsusi qulluq tələb etmir. Yuyulmadan əvvəl yalnız gödəkçənin qolundan idarə edən modulu ayırmaq lazımdır. Cari ilin payızında satışa çıxarılacaq gödəkçənin dəyəri təxminən 350 ABŞ dolları təşkil edəcək.

Qeyd edək ki, “Jacquard” layihəsi çərçivəsində Britaniyanın “Savile Row” şirkəti ilə birgə hazırlanmış sensor parçanın ilk nümunələri 2015-ci ildə keçirilmiş “Google I/O” konfransında nümayiş etdirilib.

bbf.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...