2019-cu il dekabr ayının sonunda “Biznesin İnkişafı Korporasiyası” MMC yaradılıb. Şirkət simvolik 10 AZN-lik nizamnamə kapitalına malikdir. MMC-nin rəhbəri isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) keçmiş aparat rəhbəri Şamil Süleymanlıdır.
Bizplus.az xəbər verir ki, KOBİA-nın strukturu bu yaxınlarda dəyişdirilib və burada mərkəzi aparat rəhbərinin vəzifəsi yoxdur. S.Süleymanlı bu vəzifəni 2018-ci ilin avqust ayından tuturdu.
qeyd edək ki, 42 yaşlı Şamil Süleymanlı 2011-ci ildən biznesdə təmsil olunur. Bir neçə kommersiya strukturunun təsisçisidir. KOBİA-da “Turan” İnformasiya Agentliyinin S. Süleymanlının İqtisadiyyat Nazirliyi yanındakı bu qurumda işləməyə davam edib-etməməsi ilə bağlı sorğusuna cavab verməyiblər.