“AGBank” ASC müflislik həddinə çatıb

Date:

Paylaş:

2017-ci ilin yekununda olduğu kimi, 2018-ci ilin yekununda da “AGBank” ASC müflislik həddində olub.

Bu barədə Bankın audit hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bu ilin əvvəlinə “AGBank”ın aktivləri 414,986 milyon manat, öhdəlikləri isə 443,779 milyon manat təşkil edib. Öhdəliklər aktivləri üstələdiyi üçün Bankın cəmi kapitalında 28,793 milyon manatlıq çatışmazlıq olub. Bu, 1 il əvvəllə müqayisədə 14 min manat azdır.

Xatırladaq ki, ötən ilin əvvəlinə “AGBank”ın aktivləri 411,605 milyon manat, öhdəlikləri isə 440,412 milyon manat təşkil edib. Son nəticədə Bankın cəmi kapitalında 28,807 milyon manatlıq çatışmazlıq olub.

Maraqlıdır ki, “AGBank”ın auditdən keçməmiş maliyyə hesabatlarında Bankın kapitalla bağlı probleminin olmadığı bildirilir. Belə ki, kredit təşkilatı 2018-ci ilin yekununda 52,054 milyon manatlıq, 2017-ci ilin yekununda isə 47,174 milyon manatlıq cəmi kapitala malik olduğunu bəyan edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...