Ağalarovun şirkəti “Baku Crystal Hall”u xarici işıqlarla bəzəyəcək

Date:

Paylaş:

Azəbaycan əsilli milyarder Araz Ağalarovun Azərbaycanda törəmə şirkəti “Corcus Tranding” MMC Baku Crystal Hall  (“Bakı Kristal Zalı” MMC) ilə 165 min manata yaxın dəyərdə LED lampalar gətirir.

Bizplus.az Banker.az-a istinadən xəbər verir ki, bununla bağlı hər iki tərəf arasında yola saldığımız həftənin cümə axşamı (12.12.19) müqavilə imzalanıb. Əldə olunan məlumatda qeyd edilir ki, müqavilənin predmeti  xarici membranın LED lampaları və havalandırma sisteminin xüsusi filterlərinin satın alınması olacaq.

Adıçəkilən tenderdə iştirak üçün elan 12 noyabr 2019-cu il tarixində verilmiş və qaydalara əsasən hər iştirakçı 600 manat iştirakhaqqı verməli idilər.

Bildirilir ki, tenderdə qalib olmaq üçün 3 şirkət arasında “yarışma” baş tutub.

Qeyd edək ki, “Crocus Tranding” MMC 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Azərbaycanlı milyarderin “Crocus Group”una daxil olan şirkətdir. Bu şirkətlə eyni ünvanda “Breeze Hotel” MMC vardır ki, eyni şəxs tərəfindən qanuni təmsil olunur.

Rəsmi mənbələrdəki qeydə görə, Bakıda Crocus loqosundan istifadə ilə 2004-2010-cu illərdə “Crocus Construcion”,  “Crocus İnteriors”, “Krokus Azerbaycan”, “Krokus Baki” və “Krokus” şirkətləri yaradılıb.

Başlıq Açıqlama Miqdar
Torba tipli filtr (592x592x535) Hava filtrı 275 ədəd
AA508200055, 32PXL DotXL-9 String RGB 45cm Pitch – Led lampa. IP RATING: IP66/IP67 komplekt (5 metr kabeldə 10 led lampa, üst qapağı və kronşteyn ilı birlikdə) Led lampa 23 dəst
AA508850055, TX Connect Data İndoor/Outdoor Bridge Cable – Açıq hava üçün lent tipli kabel. IP RATING: IP66/IP67 Led Lampa 52 m
Panel tipli filtr (592x287x48) Hava filtrı 14 ədəd
Panel tipli filtr (592x592x48) Hava filtrı 57 ədəd
Torba tipli filtr (592x287x535) Hava filtrı 97 ədəd
Dot XL Pixel Distributor Box, DO.SE.0000100, – Ledin konfiqurasiyasına görə proqramlanan idarəetmə DMX pixel driver. IP RATING: IP66/IP67 Led Lampa 27 ədəd
AA4386300HA, Led Engine 150W 15V Outdoor – Ledlərin idarə edilməsi üçün 150w 15v çöl istehsalı qıda bloku. IP RATING: IP66/IP67 Led Lampa 8 ədəd

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...