Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Ağalarovun şirkəti “Автодор”un avanslarından sui-istifadədə günahlandırılır

Ağalarovun şirkəti “Автодор”un avanslarından sui-istifadədə günahlandırılır

26

Araz Ağalarovun Crocus İnternational şirkəti Moskva Dairəvi Avtomobil Yolu (MDAY) -nun tikintisindən əldə edilən pulları əlavə gəlir əldə etməyə ayırıb, “Автодор” un iş üzrə keçmiş rəhbəri bunu belə hesab edir. Crocus bildirir ki, pullar vəsaitlərin depozitə yerləşdirilməsinə imkan verməyən, lakin balansın faizini təmin edən ayrı bir bank hesabına gedib.

Araşdırma komitəsi bildirib ki, Araz Ağalarovun  Crocus İnternational şirkəti “Автодор”un, ümumi məbləği 14,6 milyard rubl olan iki avansını depozit faizləri şəklində gəlir üçün istifadə edib. Halbuki onlar Dairəvi Avtomobil Yolunun birinci hissəsinin tikintisinə ayrılmalı idi. Bu barədə РБК , Basman rayon məhkəməsinin hakimi Artur Karpovun qəarına istinadən xəbər verib.

РБК-da olan sənədlərdə söhbət Автодор”un 2015-2017-ci illərdə etdiyi  iki ödənişdən gedir. Bunlar da müvafiq olaraq 2 milyard rubl və 12,6 milyard rubldur.

Crocus şirkətinə  “Автодор” un keçmiş rəhbəri Serqey Kelbaxın ayırdığı ilk avans məbləği maksimal məbləğ olub. Lakin 2017-ci ilin dekabrında  Kelbaxın göstərişi ilə “Автодор” əsassız olaraq Crocus-un bank hesabına avans şəklində əlavə 2 milyard rubl da köçürüb.

“Pul vəsaitləri şirkətin Сбербанк -dakı müstəqil bank hesabına düşüb və hesab rejimi vəsaitlərin depozitə yerləşdirilməsinə imkan vermir” – deyə, crocus şirkətlər qrupunun  РБК üzrə nümayəndəsi bildirib. Hesabda olan pul vəsaitlərnə illik faiz dərəcəsi 0,25% dir və hesablanan faizləri yalnız Dairəvi Yolun inşasına xərcləmək mümkündür, nümayəndə bildirib.

Сбербанк rəy verməkdən imtina edib.

Keçən həftə Crocus şirkəti nümayəndəsi Forbes-ə açıqlamasında bildirib ki, bütün avanslar dövlət maliyyələşməsindən 30% civarında ödənilib və bank tərəfindən zəmanəti təmin olunub.

Kelbaxla bağlı səlahiyyətlərindən sui-istifadə maddəsi ilə cinayət işi açılıb. Onu on il müddətinə azadlıqdan məhrum etmə gözləyir.

 

Rəy bildir

Please enter your comment!
Please enter your name here