MarketWatch saytı yazır ki, çaxır həvəskarları üçün aksesuarlar istehsal edən Coravin massaçusets şirkəti üçün OnePoll-un, 21 yaşından yuxarı 2 mindən çox amerikalı arasında apardığı sorğunun nəticələri göstərib: ağ şəraba qırmızıdan çox üstünlük verənlər orta hesabla 3 dollardan az xərcləyirlər.
“Araşdırma nəticəsində məlum olub ki, ağ çaxıra üstünlük verənlər qırmızıya üstünlük verənlərdən bir şərab şüşəsinə görə 3 dollar daha az pul ödəyirlər – ağ şərab sevənlərin bir butulkaya orta hesabla xərclədiyi 37 dollarla müqayisədə onlar hər butulkaya görə orta hesabla 40 dollar xərcləyirlər” – məlumatda bildirilir.
Sorğu göstərib ki, ağ şərabı seçənlər özlərini “sarkastik, mükəmməliyyətçi və marağa meylli” biri kimi xarakterizə ediblər, qırmızı şərab sevənlər isə özlərini “ təvazökar, təşəbbüskar və təşkilatçı” kimi adlandırıblar.