Əsas səhifə Satışda olan bizneslər İnvestisiya və Əməkdaşlıq “Advano” startapı 18,5 mln. dollar cəlb edib

“Advano” startapı 18,5 mln. dollar cəlb edib

97
Paylaş

Ameikanın silikon batareyalar istehsal edən Advano startapı A raundunda iPod yaradıcı Tony  Fadell-in Future Shape investisiya şirkətindən, həmçinin, Mitsui Kinzoku SBI Material Innovation Fund, Thiel Capital və Y Combinator şirkətlərindən 18,5 mln. dollar cəlb edib. Bu barədə Bloomberg yazır. Əməliyyatın şərtləri və qiymət açıqlanmır.

İnvestisiyalar Advano-ya pilot istehsalında və ştatı 50% artırmaqda yardımçı olacaq. Startap Yaponiyanın batareya məhsulları istehsal edən Mitsui Kinzoku şirkəti ilə də əməkdaşlıq edəcəyini bildirib.

Qeyd edək ki, Advano 2014-cü ildə yaradılıb.