Adları gizli qalan kreativlər “Amazon”un təsisçisi Ceff Bezosa zarafatla investisiya təklifi ediblər

Date:

Paylaş:

Dünyanın ağciyəri hesab edilən “Amazon” meşələrində yanğın davam edir. Bir qrup kreativ isə insanları iqlim dəyişikliyinin ciddi nəticələri barəsində düşünməyə sövq etmək istəyib.

Onlar “Amazon”un təsisçisi Ceff Bezosa zarafatla investisiya təklifi ediblər.

Adlarının gizli qalmasını istəyən kreativlər, hazırladıqları video ilə, xeyriyyə işləri ilə elə də adı hallanmayan Bezosa “Amazon” meşələrinə investisiya etmələrini təklif ediblər. Onların sözlərinə görə, meşədəki təbii həyatın qorunması üçün onları özbaşına buraxmaq kifayətdir.

Kreativlərin yaratdığı gizli qrupun, özlərini “siyasi şəbəkə olaraq” adlandıran, dövlət və iqtidar sahiblərini iqlim dəyişikliyi məsələsinə yönləndirmək istəyən “Extinction Rebellion” adlı təşkilatla əlaqəsi olduğu deyilir.

Layihəyə liderlik edən kreativ direktorun sözlərinə görə, fikir bir-neçə həftə öncə, başqa bir kreativlə İspaniyada olan zaman çəkiliş əsasında yaranıb.

Deyilir ki, onları bu layihəyə başladan isə “Amazon” meşələrində yanğının olması xəbərləri və 16 yaşındakı İsveçli ətraf mühit müdafiəçisi Greta Thunbergin Atlantik okeanının yelkəni ilə keçərək, həyata keçirdiyi etiraz, yanğının yaranmasında Braziliyadakı sənaye kənd təsərrüfatı sektorunu da əlinin olduğunun bilmələri və bu problemin həqiqətən onları narahat etməsi olub.

Çəmənlikdə uzanıb, ağacları izəyən və məsələ ilə bağlı nə edəcəklərini fikirləşən kreativlər, video ərsəyə gətirməyə qərar veriblər. Ssenari və səs üzrə mütəxəssislərin köməyi ilə video hazır hala gəlib.

“Bildiyimiz digər Amazon isə, bəlkə də daha böyük ada sahib olanı Sietl şəhərindədir. Buna görə də Ceffə bir mesaj göndərmək istədik”, – deyə kreativ qrup sözlərinə əlavə edib. Onlar deyir ki, məsələ ilə bağlı Mark Zuckerberq və Tim Kuka da mesaj göndərəcəklər. Kreativ qrup deyir ki, Bezosun sərvət anlayışı fərqlidir, o çox pis xeyriyyəçidir və ondan cavab da gözləmirlər.

Onların belə video ərsəyə gətirmələrində əsas səbəblərdən biri isə insanların düşünmələri və problemi hissetmələridir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...