“Adidas” Runtastic fitnes-tətbiqləri brendindən imtina edib

Date:

Paylaş:

Almaniyanın adidas-ı 2015-ci ildən sahib olduğu idmanla məşğul olma tətbiqi Runtastic brendini yeniləməsi barədə elan verib. Artıq Runtastic qaçış tətbiqi adidas Running, güc təlimləri üçün olan Runtastic Results isə adidas Training adlanır.

Hər iki tətbiq üç zolaqlı adidas loqotipinə malikdir. Yenilənmə Runtastic-in Facebook və digər sosial şəbəkələrdəki rəsmi cəmiyyətlərinə də tətbiq edilib.

Tətbiqlər rus dili də daxil olmaqla 15 dili dəstəkləyir. Şirkət bütün mövcud Runtastic funksiyalarını saxlayacağına və ancaq yenilərini əlavə edəcəyinə söz verir. Belə ki, yaxın vaxtlarda hesab vasitəsilə adidas Universe loyallıq proqramlarına daxil olmaq  və məşqlərdə uğura görə bonuslar qazanmaq mümkün olacaq.

Qeyd edək ki, yaxın zamanlarda şirkət ancaq adidas Running və adidas Training-i inkişaf etdirməyi düşünür. Runtastic ailəsindən olan digər xidmətlərin yenilənməsi hələ ki dayandırılıb, onlar tətbiqlər mağazasından siliniblər.

Adidas Runtastic fitnes-tətbiq proqramçısını 2015-ci ildə 240 milyon dollara alıb.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...