Dünyanın ən nəhəng idman geyimləri istehsalçılarından biri olan “Adidas” yeni bir proqram layihəsinə start verib. Belə ki, bu proqram çərçivəsində son beş il ərzində həmin brenddən alınmış malları istənilən vəziyyətdə geri qaytarmaq mümkün olacaq. Əvəzində isə şirkət öz mağazalarından növbəti alış-veriş üçün çeklər təqdim edir.
Alman brendinin bu təşəbbüsü dünyada geyimlərin istehsalı ilə əlaqədar artan tullantı sayı probleminin həll edilməsinə yönəlib.
Köhnə geyimlərin yenilərlə əvəz edilməsi layihəsi Böyük Britaniyada yerli “Stuffsr” startapı ilə birgə əməkdaşlıqla həyata keçirilir. O, eBay və digər platformalarda logistika və yenidə satış işlərinə cavabdehlk edəcək. Proqram layihəsi çərçivəsində qiyməti 25 dollardan az olmayan əşyaları geri qaytarmaq olacaq. Onlar daha yaxşı vəziyyətə gətirilib yenidən satışa veriləcək, qalan məhsullar isə emala göndəriləcək.
Qeyd edək ki, bu, istehsalçının köhnə geyimlərin geri götürülməsi ilə bağlı ilk kompaniyası deyil.
2020-ci ildə “Adidas”-ın bu ekoloji təşəbbüsünün artıq digər beynəlxalq bazarlarda da tətbiq ediləcəyi gözlənilir.