Səhmləri Honq Konq birjasında ticarət olunan Tencent şirkətinin dəyəri 522 milyard dollara çataraq Facebook-u keçib
“Marja” xəbər verir ki, Çinin sosial media və video oyunları nəhəngi Tencent, bu gün Honq Konq birjasında 522 milyard dollarlıq bir dəyərə çatıb. Beləliklə, Tencent şirkətinin dəyəri, səhmləri Nasdaq birjasında əməliyyat görən Facebook-un 521 milyard dollarlıq bazar dəyərini də keçmişdir.
2 milyard istifadəçiyə sahib olan və dünyanın ən iri sosial şəbəkəsini idarə edən Facebook, Instagram və Whatsapp kimi populyar platformalara da sahibdir.
Buna qarşı Tencent-in mobil sosial şəbəkəsi Wechat-in Çində 1 milyard istifadəçisi var. Ancaq şirkətin son illərdə mobil oyun, mobil ödəmə və musiqi kimi sahələrə diqqət yetirməyə başlaması investorlara Tencent-ə investisiya qoymalarını təmin edən digər amillər kimi göstərilir.