Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər İş adamlarımız ixraca dair müqavilələr imzalayıblar

İş adamlarımız ixraca dair müqavilələr imzalayıblar

15
Paylaş

Moskva şəhərində keçirilən “Prodexpo 2020” beynəlxalq ərzaq sərgisi çərçivəsində azərbaycanlı sahibkarların məhsullarının nümayişi həyata keçirilib.

İş adamlarımız xarici həmkarları ilə görüşlər keçirib, ixraca dair razılıqlar əldə edib, müqavilələr bağlayıblar.

Belə ki, “Balxurma” şirkəti qurudulmuş xurma məhsullarının Tailanda ixracına dair müqavilə imzalayıb.

Bundan başqa, Göygöl Şərab Zavodunun istehsalı olan şərab və brendinin Litvaya, “Tac- Gülüstan” şirkəti mineral su və limonad məhsullarının Yaponiyaya ixracına, “Az-Granata” şirkəti Rusiyada spirtli içkilərin idxalı ilə məşğul olan şirkət ilə distributorluq müqaviləsinin bağlanmasına dair razılıq əldə edib.