İş adamları millət vəkili oldu – Adları, iş yerləri

Date:

Paylaş:

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb.

Milli Məclisə seçkilərin lider namizədləri arasında keçmişdə iş adamı olmuş şəxslər də var.

MSK-nın  verdiyi məlumata, 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizəd Allahverdiyev Elnur Marat oğlu liderdir. 21.04.1978-ci il tarixində anadan olmuş Elnur Allahverdiyev “ABC Telekom” şirkətinin rəhbəri olub. Bu şirkət “Kontakt Home” mağazalar şəbəkəsinin sahibidir. Onun MSK-ya təqdim etdiyi məlumata görə, hazırda Heydər Əliyev Mərkəzində direktor müşaviridir.

Məlumata görə, 2001-ci ildən “ABC-Telecom” MMC-də baş direktor vəzifəsində çalışır. 2014-cü ildən Sloveniya Respublikasının Azərbaycanda Fəxri konsuludur. 2017-ci ildə Heydər Əliyev Mərkəzində direktorun müşaviri vəzifəsinə təyin olunub. “Azercell Telekom” MMC-nin İdarə Heyətinin üzvüdür.

70 saylı Masallı Şəhər Seçki Dairəsindən Məmmədov Məşhur Şahbuz oğlu liderdir. O, Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədridir. Həmçinin Məşhur Məmmədov mebel istehsalı ilə məşğul olan “Embawood” MMC-də 23%, “Embafinans” MMC bank olmayan kredit təşkilatında (BOKT) 40% paya malikdir. Məşhur Məmmədov  04.10.1963-cü il tarixində anadan olub.

 

Lider namizədlər arasında müxtəlif şirkətlərin əməkdaşları da var.

46 saylı Şirvan Seçki Dairəsindən Yusifov İltizam Balayusif oğlu liderdir. 01.12.1963-cü il tarixində anadan olmuş İltizam Yusifov “Shirvan Operating Company” şirkətində Vitse-Prezidentidir.

53 saylı Quba-Qusar Seçki Dairəsindən Rafailov Anatoliy Xaimoviç öndədir. İxtisasca həkim olan Anatoliy Rafailov “Sağlam Ailə” Məhdud Məsuliyyətli Cəmiyyətində beynəlxalq əlaqələr üzrə ekspert kimi fəaliyyət göstərir. O, 05.02.1953 tarixində anadan olub.

66 saylı Biləsuvar Seçki Dairəsindən Məhərrəmov Bəhruz Abdurrəhman oğlu liderdir. 22.08.1983-cü il tarixində anadan olmuş Bəhruz Məhərrəmov “PAŞA Sığorta” ASC-də Korporativ Hüquq Xidmətinin rəhbəridir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...