2019-cu ildə Gəncə şəhərinə 266 milyon manat investisiya cəlb edilib.
Bizplus.az xəbər verir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov məlumat verib.
“İş adamları tərəfindən istehsal müəssisələrinin, o cümlədən qeyri-istehsal sahələrinin yaradılması və yenidən qurulması üçün 92 milyon manat investisiya qoyulub. 2019-cu ildə Gəncə şəhərinə 266 milyon manat investisiya cəlb edilib”, – deyə o, fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına dair konfransda çıxışı zamanı bildirib.
İcra başçısının sözlərinə görə, bu gün şəhərdə alçı və tikinti materialları istehsalı zavodlarında ilkin məhsul istehsalına başlanılıb, o cümlədən illik istehsal gücü 30 milyon ədəd müxtəlif ölçülü kərpic olan zavodda tikinti işləri sürətləndirilib.
“Bu sənaye müəssisələrinin istifadəyə verilməsi ilə 1000-ə yaxın şəhər sakini işlə təmin ediləcək”, – deyə N.Bayramov qeyd edib