İş adamı:”İxrac təşviqinin 10% olması sahibkarlar üçü daha əlverişlidir”

Date:

Paylaş:

Azərbaycanda biznes fəallığı artdıqca, bu sahəyə dövlət dəstəyi mexanizmlərinə yenidən baxılması da aktuallaşır.

Bizplus.az xəbər verir ki, Azərbaycanda tekstil məmulatlarının istehsalçısı «Mehin kollekşn» brendinin sahibi, iş adamı Rəşid Həsənov, hazırda dövlət tərəfindən sahibkarlar üçün tətbiq edilən ixrac təşviqinin məbləğinin az olduğunu bildirib: «Hazırda sahibkarlara ixrac üçün verilən ixrac təşviqinin həcmi – 3% çox aşağıdır».

Xatırladaq ki, ixrac təşviqi  – iş adamlarını ölkədən mal və xidmətlərin ixracına həvəsləndirmək üçün tətbiq edilən mexanizmdir. Bu mexanizm vasitəsilə əvvəlcədən təsdiqlənmiş siyahıya daxil olan məhsulların ixracı zamanı iş adamı ixracın 3%-i qədər dövlətdən vəsait alır.

R.Həsənov bu rəqəmin aşağı olduğunu bildirir. Onun sözlərinə görə, ölkədən böyük ixraca nail olmaq üçün ixrac təşviqinin məbləği də artmalıdır. İş adamı bu sahədə Çini nümunə göstərir: «Çində tekstil məmulatları üçün ixrac təşviqinin həcmi 18% təşkil edir. Bunun 5-6%-i sənədləşdirməyə sərf edilir, qalır 13% təmiz məbləğ». Çində bəzi sahələrdə ixrac təşviqi daha böyükdür, məsələn: «Traktor və digər texnikaların ixracı üçün təşviq 40-45%-dir».

R.Həsənovun sözlərinə görə, Azərbaycanda ixrac təşviqi təmiz 10% olarsa, sahibkarlar üçün daha əlverişli olar: «Bu həm sahibkarları həvəsləndirər, həm də malların xaricə satış qiymətini daha sərfəli, rəqabət qabiliyyətli  edə bilər».

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...