Türkiyənin marketinq və dijital üzrə yazarı Funda Güleçin DigitalAge nəşrində çıxan yazısını təqdim edirik.
Gündəlik həyatımızın bir hissəsi olan YouTube, Instagram, Facebook və Twitter 13 yaşdan aşağı milyonlarla uşağa ev sahibliyi edir. Onların hazırladıqları kontentə maraq göstərənlər, elə öz yaşıdlarıdır.
“Kidfluencer” kəliməsi ilk dəfə 2015-ci ildə istifadə olunmağa başlayıb. Gəlin, bu kəlimənin dəqiq sərhədini müəyyən edək. Birləşmiş Millətlər Uşaq Haqqları Müqaviləsinə görə, 18 yaşdan aşağı hər kəs uşaqdır. “Kidfluencer”lər isə 13 yaşdan aşağı olan və çeşidli media kanallarında reklam məqsədli kontent hazırlayan və geniş kütləyə xitab edən şəxslərə deyilir. Onların abunəçi sayı mindən başlayır, milyonu keçir.
“Kidfluencer”lər yola hər zaman məşhurluqla başlamırlar. Bir çoxu sadəcə bir neçə izləyici-abunəçisi olan “YouTube” kanalı və ya “Instagram” hesabı ilə bazara giriş edir. Zamanlar onların abunəçiləri və populyarlıqları da artır. Beləliklə, sosial mediada yerləşdirdikləri məzmun üçün ödəniş almağa başlayırlar.
Əlbəttə, onların arxalarında bir gəlir modeli və onları layihə olaraq görən və təklif edən ailələri var. Mövcud araşdırmalar göstərir ki, uşaqlar iki yaşından başlayaraq internetdə axtarış etməyə başlayır.
İş belə olduqda isə, onlar TV əvəzinə, onlayn media üzərindən cizgi film, oyun və s. izləməyə başlayırlar. Bu aktivliklər uşağın yaşı ilə birlikdə daha da yetkin hal alır. Amma “YouTube” fundamental axtarış platformasına çevrilir.
Ən məşhur “kidfluencerlər”
Aşağıda sizə, istər gəlirləri, istərsə də izləyiciləri ilə sizi təəccübləndirəcək “kidfluencer”lərdən bəzilərini təqdim edirik.
“YouTube” ilə başlayaq
Ryan ToysReview “YouTube” kanalında kontent hazırlayır. 18 milyon 821 min 371 abunəçi sayı var, sadəcə 7 yaşındadır və ildə 22 milyon dollar gəlir əldə edir. 11 yaşlı Tiananın isə eyniadlı “YouTube” kanalı var. O, 7 yaşından bəri kanal üçün kontent hazırlayır və hazırda 4 milyon 556 min 666 abunəçisi mövcuddur.
“Instagram” ilə davam edək
@taytumandoakley hesabı ilə 2,6 milyon izləyicisi olan əkizlərin ata və anası da influenceridr.
Balaca Harlen isə @harlenbodhiwhite hesabı ilə artıq 208 000 abunəçiyə çatıb. Onun hesabı ailəsi və tətildə ikən paylaşdığı fotolar ilə bəzənib.
“Kidfluencerlər”in işlərindən xəbərdar olmaq üçün hazırladığım həştəq buludundan istifadə edə bilərsiniz.
#kidfluencer #kidyoutuber #toyreview #youtuber #kidinfluencer #shopkinsseason #youtubekids #instakids #kidsofinstagram #kidbloggersofig #toys #toyreviewer #kidyoutube #kidtuber #toyreviews #patiencesmagicaltoyemporium #kidvlogger #kidtoyreviewer #kidblogger #newtoy #youtubekid #instagramkids #newtoys #youtube #kidschannel #kidsofyoutube #kidtubers #family #microinfluencer #bhfyp
Türkiyədə 52 milyon sosial media istifadəçisinin 3,9%-ni uşaqlar təşkil edir. Bunların 2,5%-i kişidir. Rəsmi rəqəmlərə görə, 0-14 yaş qrupu olan uşaqlar əhalinin 23,6%-ni təşkil edir. 2018-ci ilin məlumatına, əsasən ölkədə 22 milyon 883 min uşaq var. Uşaqların sosial media platformalarına üzv olmağı üçün, əlbəttə ki, yaş məhdudiyyəti var.
Google, Facebook, Reddit, Twitter, Instagram, Tumblr, Pinterest, Snapchat kimi platformalarda istifadəçi yaşı 13, LinkedIn, YouTube, WeChat kimi platformalarda isə 18-dir.
Ancaq “kidfluencer” adı altında edilən bütün işlərdə ailənin icazəsi və nəzarəti olmalıdır. Burada ailələrə və uşaqlar ilə çalışan markalara çox böyük məsuliyyət və vəzifə düşür.