“Absolut” araqları və “Jameson” viskiləri istehsalçısı, Amerikada yerləşən bütün zavodlarında əl üçün dezinfeksiyaedici vasitələr istehsal etmək planından danışıb.
Bu barədə Business Insider yazır.
Holdinqin nümayəndəsi bildirib ki, şirkətləri həmin vasitənin istehsalına icazə almaq üçün artıq dövlət qurumları ilə də əlaqə saxlayır.
Qeyd edək ki, istehsal başa çatandan sonra “Absolut” və “Jameson” brendlərinin sahibkarı həmin vasitələri, ehtiyacı olanların pulsuz əldə etməsini təmin edəcək. Bura, ilk növbədə xəstəxanalar və bələdiyyə qurumları daxildir.