ABŞ-ın AT&T telekommunikasiya şirkəti “Time Warner” media korporasiyasını alıb.
“Report”un CNN telekanalına istinadən verdiyi xəbərə görə, sövdələşmənin qiyməti 85 milyard dollar təşkil edib.
AT&T-nin baş direktoru Randall Stivenson deyib ki, şirkət media və əyləncə industriyasının işində yeni yanaşma tətbiq edəcək.