ABŞ-ın Federal Ticarət Komissiyası Alphabet, Amazon, Apple, Facebook və Microsoft-ın 2010-cu ildən 2019-cu ilə kimi olan kiçik satınalma əməliyyatları ilə bağlı sənədlərini nəzarətə götürüb. Bu barədə WSJ yazır. Komissiyanı, əməliyyatların quruluşu, məbləğləri və məqsədləri də maraqlandırır.
Sənədlər, komissiyaya iri texnoloji şirkətlərin potensial rəqibləri aradan götürmək üçün federal hökumət dairələri tərəfindən yoxlanmayan kiçik əməliyyatlar həyata keçirib-keçirmədiyini müəyyən etməyə imkan yaradacaq.
Texnoloji şirkətlərin yoxlanmağa başlanması barədə 2019-cu ilin iyulunda ABŞ Ədliyyə Nazirliyi xəbər verib. Qurum konkret şirkət adı çəkməyib, amma qeyd edib ki, onların necə bazarın liderinə çevrilmələrini aydınlaşdırmaq istəyir. Bundan başqa, Nazirlik onların öz işlərində rəqabəti azaldan və istehlakçılarla innovasiyalara zərər yetirən metodlardan istifadə edib-etmədiklərini araşdırmaq istəyir.