CTV kanalının xəbər aparıcısı John Erlichman öz “Twitter” hesabında, ABŞ-ın altı ən böyük rəqəmsal şirkətinin bir saatda nə qədər gəlir əldə etməsi ilə bağlı rəqəmləri açıqlayıb. Jurnalistin sözlərinə görə, “Amazon” saatda 28.3 milyon dollar, “Apple” – 27.5 milyon dollar, “Google” – 17.2 milyon dollar, “Microsoft” – 14.5 milyon dollar, “Intel” – 7.6 milyon dollar, “Facebook” – 7.1 milyon dollar, “Netflix” – 2.1 milyon dollar.