Əsas səhifə Biznes sahələri Texnologiya ABŞ-ın sanksiyasına görə Mate 30 smartfonunda Google xidmətləri olmayacaq

ABŞ-ın sanksiyasına görə Mate 30 smartfonunda Google xidmətləri olmayacaq

78
Paylaş

Huawei şirkəti 2019-cu ilin 18 sentyabrında Google xidmətləri olmayacaq Mate 30 və Mate 30 Pro smartfonlarını təqdim etməyi planlaşdırır. Bu barədə Reuters, məsələ ilə tanış olan mənbələrə istinadən yazır. 

Cihazda Google Play, axtarış və digər Google xidmətləri olmayacaq. 

Google nümayəndəsi də şirkətlərinin xidmətlərinin sözügedən smartfonlarda olmayacağını təsdiqləyib. Onun sözlərinə görə,  ABŞ hökumətinin, Huawei-ə bu ilin noyabr ayının ortalarına kimi amerikan şirkətləri ilə işləməyə imkan verən müvəqqəti icazəsinin yeni buraxılacaq smartfonlarla heç bir əlaqəsi yoxdur.

Huawei açıq kodla Android versiyalarını istifadə edə bilər. Amma smartfonlarda, bütün Android smartfonlarında olan Google Play, Google-axtarış, Gmail poçtu və digər tətbiqetmələr olmayacaq.

Huawei-dən mətbuata açıqlama veriblər ki, şirkət,  ABŞ hökumətinin icazəsi olarsa Android və Google ekosistemindən istifadə etməyə davam edəcək. Əks halda isə o, özünün ƏS-ni və xidmətlərini genişləndirmək niyyətindədir.

Amerikan şirkətləri ABŞ hökumətinə icazə sorğusu versələr, Huawei-i  öz məhsulları və xidmətləri ilə təmin etmək üçün razılıq ala biləcəklər. Google icazə istəyib-istəmədiyi barədə xəbər verməyib. Reuters-in məlumatına görə, ABŞ Ticarət Nazirliyi Huawei-lə işləmək üçün  artıq 130 icazə sorğusu alıb, lakin onlardan heç birini təsdiq etməyib.