Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri ABŞ-ın Qiymətli Kağızlar üzrə Komissiyası İlon MuskıTesla rəhbərliyindən çıxarmaq üçün məhkəməyə müraciət...

ABŞ-ın Qiymətli Kağızlar üzrə Komissiyası İlon MuskıTesla rəhbərliyindən çıxarmaq üçün məhkəməyə müraciət edib

619
Paylaş

İddianın fonunda şirkətin səhmləri 10% -dən çox azalıb.

 ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyası (SEC), Teslanın baş direktoru İlon Maskı qiymətli kağızların saxtakarlığında  ittiham edib. Bu buradə məlumatı , Nyu-York məhkəməsinə açılan iddia əsasında Reuters tərəfindən verilib.

SEC-in şikayəti Maskın Teslanı şəxsi bir şirkətə çevirmək planının olması ilə bağlıdır. İş adamı bu barədə Avqustun əvvəlində sahibkar bu barədə Twitter-də yazıb, o, səhmdarlara səhmlərin bir dənəsi 420 dollar olmaqla təklif edəcəyinə hazır olduğunu iddia etdi və müqavilənin maliyyələşdirilməsinin artıq «təmin edildiyini» bildirdi. Daha sonra Mask, investorların xahişindən sonra Teslanın səhmlərini satın almaqdan vaz keçdiyinə  qərar verdiyini söylədi.

Maskın Teslanı şəxsi bir şirkətə çevirmək planları haqqında açıqlamaları saxta idi  və investorları yanıldırdı, SEC-dən bildirilir. Nazirliyin məlumatına görə, sahibkar bu barədə bilirdi və «laqeyd yanaşıb». Bundan əlavə, Mask qanunla tələb olunduğu halda nə tənzimləyicilərlə, nə Teslanın səhmdarları ilə, nə də potensial investorlardan biri ilə müqavilənin şərtlərini müzakirə etmədiyini SEC vurğulayır..

«Nə məşhurluq statusu nə də texnoloji novator nüfuzu qiymətli kağızlar sahəsində qanunvericiliyin tətbiq edilməsindən azad etmir», – deyə SEC-in həmsədri Stefani Avakyan mətbuat konfransında bildirib.

Komissiya, Maskin Teslanın  rəhbərliyindən uzaqlaşdırılmağını və ictimai şirkətlərdə hər hansı  rəhbərlik mövqelərində çalışmağı  qadağa qoymağı, həmçinin cərimətətbiq etməyi məhkəmədən xahiş edir. Cərimənin miqdarı SEC-də dəqiqləşdirilməyib

Mask, CNBC ilə görüşündə, SEC-in ittihamlarını əsassız olaraq adlandırdı və investorların maraqlarına uyğun hərəkət etdiyini söylədi.

«Mən SEC-in həqiqi ittihamları ilə dərindən kədərləndim. Mən həmişə həqiqət, şəffaflıq və investorların maraqları çərçivəsində  hərəkət etdim. Dürüstlük mənim həyatımda ən vacib dəyərdir».

SEC-in iddiası fonunda, Tesla səhmləri Nyu-Yorkda Nasdaq birjasının əsas sessiyası bağladıqdan sonra 10% -dən aşağı düşdü – hər bir səhm üçün 274 dollar təşkil etdi.