ABŞ-ın “Qara cümə”si – 1,5 milyardlıq online satış!

0
907

ABŞ-da “Qara cümə” günü – noyabrın 24-də təkcə internet vasitəsilə satışların həcmi 1,5 milyard dollar təşkil edib.

İKT.lent.az-ın xəbərinə görə, bunu “Adobe Analytics” mütəxəssisləri hesablayıb. Bu, rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 16,8% çoxdur.

Qeyd edək ki, ABŞ-da və dünyanın digər ölkələrində keçirilən “Qara cümə” zamanı mağazalarda böyük endirimlər olur. İnsanlar mağazaları doldurur, 50-70 faiz endirimlə satılan geyim, məişət əşyaları və digər zəruri malları ələ keçirmək uğrunda mübarizə aparırlar. Adətən gecədən mağazalar önündə növbələr yaranır və dükan açılan kimi, insanlar içəriyə hücum çəkirlər. Lakin ildən-ilə internet satışlarının həcmi artdıqca bu cür görüntülər tədricən azalmaqdadır.

Bu il “Qara cümə” 24 noyabra təsadüf etsə də, satışlar 23-26 noyabr tarixlərini əhatə edərək 1 günlə məhdudlaşmayıb.