ABŞ Prezidentinin açıqlamasından sonra türk lirəsi sürətlə bahalaşıb

Date:

Paylaş:

ABŞ Prezidenti Donald Tramp, Rusiyadan S-400 raket sistemini aldığına görə Türkiyəyə hazırda sanksiya tətbiq etmək planları olmadığını söyləyib. Tramp, “S-400 məsələsində Türkiyəyə bu an sanksiya axtarışında deyiləm”, – deyib.

ABŞ Prezidenti Tramp, Oval Ofisdə Türkiyənin S-400-ləri alması ilə bağlı sualları cavablandırıb.

Tramp, “Türkiyəyə sanksiya tətbiq edəcəksiniz?” sualına, “Xeyr. Hazırda buna baxmırıq“, – cavabını verib.

Dünən Ağ Evdən verilən açıqlamada, S-400-lərə görə Türkiyənin artıq F-35 layihəsinin tərkib hissəsi olmadığı qeyd edilərək, “ABŞ, Türkiyə ilə strateji əlaqəsinə də çox dəyər verir. NATO müttəfiqləri olaraq əlaqələrimiz çoxlaylıdır və yalnız F-35-lərə bağlı deyil”,- bildirilmişdi.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) də “ABŞ, Türkiyənin strateji tərəfdaşlığına hələ də çox dəyər verir” açıqlamasını etmişdi.

Donald Trampın açıqlamasından sonra Türk Lirəsi 1% bahalaşıb. Dollar 5.63 lirə səviyyələrinə düşüb (Bakı vaxtı ilə saat 22:20-yə olan məlumat).

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...