ABŞ milyarderi Kris Klayn (Christopher Cline) Baham adalarında qəzaya uğramış helikopterdə olub. Bu barədə ABŞ-ın “Metro News” portalı məlumat yayıb.
Baham adalarından ABŞ-a uçan helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub. 60 yaşlı Kris Klayn ABŞ-ın Qərbi Virciniya ştatında yaşayırdı. “Forbes”in məlumatına görə, onun sərvəti 1,8 milyard dolları ötmüşdü. K.Klyan eləcə də Kanada “Nova Scotia” adlı mədən şirkətinin sahibi idi. Bu işə isə 15 yaşından başlamışdı.
Daha əvvəl “Associated Press” agentliyi Baham adalarından ABŞ-ın Florida ştatının Fort-Loderdeyl şəhərinə uçan helikopterin qəzaya uğraması və nəticədə 7 nəfərin həlak olması barədə xəbər yayıb. Həlak olanların hamısı ABŞ vətəndaşlarıdır.