ABŞ-la münaqişənin yeni “Huawei” smartfonu texnologiyasına təsiri

Date:

Paylaş:

Huawei Mate 30 smartfonunda amerikan dəstləri yoxdur. Bunu Fomalhaut Techno Solutions yapon texnoloji laboratoriyasının mütəxəssisləri bildiriblər.

Əvvəllər Qorvo, Skyworks, Woburn və Mass amerikan şirkətləri Huawei smartfonları üçün çiplər təqdim edirdilər. Bununla belə istehsal heç də həmişə ABŞ-a yönəlməyib.

Huawei nümayəndəsi mətbuata bildirib ki, şirkət amerikan tərəfdaşları ilə əməkdaşlığı davam etdirmək fikrindədir, amma bu ABŞ hökumətinə görə mümkün olmasa,  istehsalçı digər tədarük mənbələri axtarıb tapmalı olacaq.

Qeyd edək ki, 2019-cu ilin yayında ABŞ hökuməti Huawei-i qara siyahıya salıb və amerikan təchizatçılarından istehsal üçün komponentlər və proqram təminatı almağı qadağan edib. Bu qadağa 2020-ci ilin 16 fevralında qüvvəyə minəcək, amma şirkət artıq amerikan istehsallı detalların olmadığı bir neçə smatrfon istehsal etməyə başlayıb – Mate və Y9 Prime smartfonları.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...