ABŞ-ın poçt xidməti pilotsuz yük avtomobillərinin sınağına başlayıb

Date:

Paylaş:

Amerikan poçtu pilotsuz yük avtomobilləri vasitəsilə göndərişlərin çatdırılmsının ilk sınaq mərhələsinə başlayıb. Testlər Finiks ( Arizona ştatı ) şəhəri ilə Dallas ( Texas ştatı ) arasında 1000 kilometrdən də uzun bir məsafə qət etməklə keçiriləcək və 2 həftə davam edəcək. Yük maşınlarını layihə üçün “TuSimple” startapı təqdim edib.

“TuSimple” rəhbərliyinə istinadən The Wall Street Journal qəzetinin verdiyi açıqlamaya görə, sınaqların uğurla başa çatacağı halda, pilotsuz yük avtomobillərinin istifadəsi çatdırılma dairələri arasında poçt göndərişlərinə olan xərcləri azaldacaq. Hal-hazırki marşrut xəttində hər yük maşınında 2 lisenziyalı sürücü işləyir və onları iş saatı qanunla məhdudlaşdırılıb.

Qəzetdə əlavə edilib ki, bu yolla ABŞ poçt xidməti, təkcə, artıq uzun illərdir davam edən  məktub və göndərişlərin say azlığından, həmçinin yanacaq xərclərindən gələn zərərin əvəzini ödəməyə deyil, həm də yollarda təhlükəsizliyin artmasının təmin olunacağına ümid edir. “TuSimple” yük maşınlarında olan kameralar, digər sürücülərin və piyadaların davranışını izləyərək avtomobilin önündən yarım km.-dən uzaqdakı vəziyyəti qaydaya salır. Eyni zamanda, pilotsuzun kabinasında canlı insanın olması planlaşdırılır və ona da avtonom sistem öz məlumatlarını ötürəcək. Avtopilot sürətli yollarda sürücü tərəfindən aktivləşdiriləcək.

“TuSimple” şirkəti, ABŞ yollarında pilotsuz yük maşınlarının hərəkət etməsi texnologiyasının inkişafında iştirak edən startaplardan biridir. O, amerikan və avropa  avtomobil istehsalçıları ilə əməkdaşlıq edir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...