ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) və Amerika Gürcüstan İş Şurası (AGBC), koronavirus infeksiyasının yayılmasını nəzərə alaraq, Azərbaycan və Gürcüstana 5-10 aprel 2020-ci il tarixlərində nəzərdə tutulan ticarət missiyalarını təxirə salıb.
Təşkilatlar bölgədəki yerli tərəfdaşların təhlükəsizliyinə əmin olduğundan sonra ticarət missiyalarının keçiriləcəyi yeni tarixlər barədə məlumat verəcək.
Ticarət missiyalarının təxirə salınması ilə bağlı qərar ABŞ-ın Azərbaycan və Gürcüstandakı səfirlikləri, eləcədə ABŞ-ın Türkiyədəki Ticarət Xidməti ilə məsləhətləşmələri nəticəsində qəbul edilib.